"Milan"ın prezidenti Silvio Berluskoni maraqlı fikirlər səsləndirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, sabiq baş nazir "Yuventus"un hegemonluğunu hakimliklə əlaqələndirib.

Belə ki, Berluskoni Turin klubunun ardıcıl çempionluqlarında hakimlər tərəfindən onlara göstərilən köməyin böyük rol oynadığını düşünür: "A seriyasında "Yuventus"u dayandırmaq üçün ilk növbədə bütün hakimləri dəyişmək lazımdır".

Qeyd edək ki, "Yuventus" son 5 mövsümdə A seriyasının çempionu olub.

Milli.Az