Karlov son mənzilə yola salınır - BU GÜN

Karlov son mənzilə yola salınır - BU GÜN
08:18 22 Dekabr 2016
110 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Rusiyanın Türkiyədəki keçmiş səfiri, dekabrın 19-da Ankaradakı fotosərgidə güllələnən Andrey Karlovla vida mərasimi keçiriləcək.

Publika.az xəbər verir ki, dekabrın 20-də onun cənazəsi Vnukovo hava limanına gətirilib. Həmin təyyarə ilə Moskvaya mərhum səfirin anası və həyat yoldaşı da gəlib. Hava limanındakı qarşılanma mərasimində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu iştirak ediblər.

Xatırladaq ki, dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 22 yaşlı Aydın şəhər sakini, xüsusi təyinatlı dəstənin əməkdaşı Mövlud Mərd Altınbaş tərəfindən silahlı sui-qəsd nəticəsində öldürülüb.

Rəsmi Ankara və Moskva bu hadisəni kəskin şəkildə qınayaraq, sui-qəsdin iki ölkə münasibətlərinə zərər vurmağa yönəldiyini bildiriblər.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin səfirə "Rusiya Qəhrəmanı" fəxri adını verib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/180812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR