Azərbaycanda ən çox arzulanan iş yerlərinin adı açıqlanıb

Azərbaycanda ən çox arzulanan iş yerlərinin adı açıqlanıb
20:32 22 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycanda ən çox arzulanan iş yerlərinin adı bəlli olub. 
"Azercell Telecom" şirkətindən "Report"a verilən xəbərə görə, ən yaxşı maaş və yüksək iş şəraiti, işçilərlə davranış, əməkdaşların inkişaf perspektivləri və digər meyarlara görə sıralanan şirkətlər arasında ilk üçlükdə "Azercell"in adı yer alıb.
"ACT" beynəlxalq araşdırma və məsləhətçi şirkəti bu ilin avqust-sentyabr aylarında MDB ölkələri və Şərqi Avropa ölkələrinin bazarlarını əhatə edən tədqiqat aparıb. Araşdırmanın nəticələrinə əsasən, "Azercell" bazarda 3 ən yaxşı işəgötürən şirkətlərdən biri elan olunub.
Araşdırmanın məqsədi "Azercell" şirkətinin əməkdaşları və digər sahələrin nümayəndələri arasında işəgötürən kimi mövqeyini araşdırmaq, həmçinin Azərbaycanda ən yaxşı işəgötürənləri üzə çıxarmaq və mobil operatorların imicini öyrənməkdən ibarət olub. Tədqiqat zamanı "Azercell"in əməkdaşları ilə yanaşı, digər peşəkar mütəxəssislər, tələbələr, yerli və xarici məzunlar, media nümayəndələri ilə üzbəüz müsahibələr aparılıb.
Araşdırmanın nəticələrinə görə, şirkət ölkənin bütün sahələrində ən yaxşı 3 işəgötürən şirkətlər sırasındadır. Mobil operatorlar arasında isə "Azercell" ən yaxşı işəgötürən elan edilib.
Eyni zamanda, "Ernst & Young Azerbaijan" şirkəti də tələbələr və müxtəlif sahələrdə çalışan peşəkar kadrlar arasında “Ən yaxşı işəgötürən 2015” tədqiqatını aparıb. Bu ilin may-iyun aylarında aparılan araşdırmanın əsas məqsədi Azərbaycanın əmək bazarında əsas trendlərin müəyyənləşdirilməsindən ibarət olub. Sorğu iştirakçılarına işlə bağlı seçimlərinə təsir edən amillər, işəgötürən barədə məlumatları əldə etdikləri mənbələr, işə cəlb etmə prosesindəki nöqsanlar və digər məsələlər barədə suallar verilib.
Tələbə və peşəkar heyətin seçiminə əsasən, "Azercell" ölkədə ən yaxşı 10 işəgötürən şirkətdən biri elan edilib. Bundan əlavə, şirkət həm də bu siyahıda yer alan yeganə mobil operator olub.
Qeyd edək ki, "Azercell" artıq Əməyin mühafizəsi və təhlükəsizlik üzrə OHSAS 18001 beynəlxalq standartına və Ətraf Mühitin İdarə olunması Sistemi üzrə ISO 14001 sertifikatına layiq görülüb. Bununla yanaşı, şirkət, yeni Keyfiyyətin İdarə Olunması üzrə ISO 9001:2015 sertifikatını təkrar əldə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/azerbaycanda-en-cox-arzulanan-is-yerlerinin-adi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR