x
Loading...
.

Xaricdə verilmiş lisenziyalar Azərbaycanda tanına bilər

Xaricdə verilmiş lisenziyalar Azərbaycanda tanına bilər
20:42 22 Dekabr 2016
Ölkə mətbuatı
A- A+
.

Bakı. 22 dekabr. REPORT.AZ/ KOS subyektlərində yoxlamaların təkmilləşdirilməsi üçün bir sıra əlavə tədbirlər görüləcək və qərarlar qəbul ediləcək. İlk növbədə, KOS subyektlərində yoxlamaların, qanunda nəzərdə tutulduğu kimi, risk dərəcəsi əsasında aparılması prinsiplərinin tətbiqi genişləndiriləcək, yoxlamaların sayı optimallaşdırılacaq. Belə ki, KOS subyektlərinə göndərilən səyyar yoxlamaların sayı məhdudlaşdırılacaq və elektron yoxlama metodu tətbiq ediləcək.
"Report" xəbər verir ki, bu barədə "Azərbaycan kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə qeyd olunub.
Bildirilib ki, KOS sahəsində stimullaşdırıcı vergi islahatları davam etdiriləcək. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması məqsədilə vergi islahatları davam etdiriləcək və bu islahatlar zamanı əsas diqqət KOS subyektlərinə yönəldiləcək. Vergilər Nazirliyi tərəfindən vergi dərəcələrinin optimal səviyyəsinin müəyyənləşdirilməsi və KOS-un dinamik inkişafı məqsədilə KOS nümayəndələri, biznes assosiasiyaları, ictimai təşkilatlar da cəlb edilməklə məsləhətləşmələr aparılacaq. Azərbaycanın vergi siyasətində əsas diqqət əməkhaqlarına, habelə KOS subyektlərinin öz dövriyyələrini leqallaşdırmağa təşviq edilməsinə yönəldiləcək.
Həmçinin, son illərdə lisenziyalaşdırma ilə əlaqədar həyata keçirilmiş tədbirlərin davamı olaraq lisenziyaların elektron qaydada verilməsi stimullaşdırılacaq, ölkə xaricində verilmiş lisenziyaların Azərbaycanda tanınması, ekvivalentliyinin təmin edilməsi mexanizminin yaradılması nəzərdən keçiriləcək. Bu tədbirin həyata keçirilməsi KOS subyektlərinin beynəlxalq bazarlara inteqrasiyasına mühüm şərait yaradacaq. Əlavə olaraq, xarici lisenziyaların Azərbaycanda tanınması xarici şirkətlərin Azərbaycanda nümayəndəlik, filial və şöbələrinin açılmasına birbaşa təsir göstərəcək və xarici investisiya qoyuluşlarını artıracaq.
KOS subyektlərinin müvafiq kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdiriləcək.
KOS subyektlərinin müvafiq qaz, su və elektrik təchizatı şəbəkələrinə qoşulması prosedurlarının sadələşdirilməsi, o cümlədən texniki şərtlərin verilməsi qaydalarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək və bu prosesin tam elektronlaşdırılması üçün tədbirlər sürətləndiriləcək. KOS subyektlərinin kommunal xidmətlərə rahat və tez qoşulmaları onların bu sahədə xərclərini azaldacaq.
Bundan əlavə, KOS subyektlərinin istehsal etdikləri məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılması qaydalarının təkmilləşdirilməsi və sadələşdirilməsi davam etdiriləcək. Bu sahədə fəaliyyət göstərən orqanların vahid sertifikatlaşdırma sistemində birləşdirilməsi KOS subyektləri üçün əlavə inzibati yükün əhəmiyyətli dərəcədə azalmasına şərait yaradacaq. Zəruri sertifikatların bütün məlumatları əks etdirən vahid sənəddə birləşdirilməsi və bunun üçün bir müraciətin olması imkanları nəzərdən keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/kos-subyektlerinin-muvafiq-kommunal-xidmetlere-qosulma-prosesi-sadelsdirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR