Hökumət hərəkətə keçdi – Bu dərman ancaq reseptlə satılacaq

Hökumət hərəkətə keçdi – Bu dərman ancaq reseptlə satılacaq
20:53 22 Dekabr 2016
304 Dünya
Ölkə mətbuatı
A- A+

Tibbi spirt tərkibi olan preparatlar, o cümlədən valokordin və yemişan bundan sonra apteklərdə ancaq resept əsasında satılacaq.

Teleqraf.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya hökuməti sədrinin müavini Aleksandr Xloponin bildirib.

Qeyd edək ki, dekabrın 17-də İrkutsk şəhərində spirt tərkibli saxta “Boyarışnık” (yemişan) içkisindən kütləvi zəhərlənmə baş verib. İndiyədək zəhərlənmədən 71 nəfər ölüb. Konsentratdan ümumilikdə 117 nəfər zəhərlənib. 36 nəfər isə stasionar müalicədədir. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. Kütləvi zəhərlənmə ilə əlaqədar 12 nəfər saxlanılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/180935.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR