Rusiya və Türkiyənin mülki aviasiya qurumları arasında iki ölkə arasında yeni aviareyslərin açılmasına dair razılıq əldə olunub.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, yeni uçuşlar İstanbul - Jukovski, İstanbul - Qroznı, Moskva - Antalya marşrutları üzrə həyata keçiriləcək.

Məlumata görə, iki ölkə arasında anlaşma memorandumu 20-21 dekabr tarixlərində Moskvada imzalanıb.

Milli.Az