Azərbaycan şirkəti 75 milyon dollara bina alıb

Azərbaycan şirkəti 75 milyon dollara bina alıb
13:39 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bu barədə məlumatlar Türkiyə mətbuatında yayılıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan “SOCAR Turkey” yeni ofis binası alıb.

 

APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, SOCAR Türkiyənin inşaat sektorunun ən böyük daşınmaz əmlak layihəsi sayılan “Vadi İstanbul Bulvar”a köçür.

 

Məlumata görə, “SOCAR Turkey” daha geniş ofisə malik olmaq zərurətini nəzərə alaraq tikilməkdə olan ofis mərkəzində 12 mərtəbəli binanı alıb. Şirkət İstanbul Cendere, Maslaka yaxın bölgədə yeni ofis mərkəzinə sahib çıxıb. Həmin bina “Vadi İstanbul Projesi”nə daxildir. Layihədə 180 min kvadratmetrlik ofis sahəsinin tikintisi də daxildir. Hazırda layihənin ikinci mərhələsi həyata keçirilir. “SOCAR Turkey”nin aldığı ofis binası 12 mərtəbəlidir və 17 min 800 kvadratmetr sahəyə malikdir. Hələlik şirkət ofis binasının alınmasına dair müqaviləni rəsmən açıqlamayıb və gözlənilir ki, sövdələşmə bu həftə açıqlanacaq.

 

Türkiyə mətbuatının yazdığına görə, şirkət ofis binası üçün nağd olaraq 75 mln. dollar ödəyib.

 

SOCAR-dan “APA-Economics”ə bildirilib ki, bu gün alqı-satqı müqaviləsinin imzalanması baş tutacaq: “İmzalanma prosesi baş tutduqdan sonra, aqlı-satqı şərtləri açıqlanacaq”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189528

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR