Rusiya prezidenti: "Donald Trampın qələbəsinə bizdən başqa heç kim inanmırdı"

Rusiya prezidenti: "Donald Trampın qələbəsinə bizdən başqa heç kim inanmırdı"
14:32 23 Dekabr 2016
78 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ "Donald Tramp cəmiyyətin əhval-ruhiyyəsini hiss etdi  və seçki kampaniyasında sonadək getdi, baxmayaraq ki, ona bizdən başqa heç kim inanmırdı".
"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında ABŞ-da seçkilərin nəticələrini və hazrıkı ABŞ administrasiyasının Rusiyanın ünvanına səsləndirdiyi seçkilər prosesinə müdaxilə etmək ittihamlarını şərh edərkən deyib.
V.Putinin sözlərinə görə, ABŞ-ın Demokratlar Partiyası hər cəbhədə uduzub və başqa yerdə səbəb axtarır: "Ləyaqatlə uduzmağı bacarmaq lazımdır", - Rusiya prezidenti bildirib.
O əlavə edib ki, ABŞ-ın hazırkı administrasiyasının cox ciddi sistem problemləri var: "Hazırkı administrasiya milləti bölür. Mən hər iki xalqın rifahı naminə ABŞ-ın gələcək administrasiyası ilə konstruktiv münasibət qurmaq istərdim".

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiya-prezidenti-donald-trampin-qelebesine-bizden-basqa-hec-kim-inanmirdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR