ŞOK İDDİA: Yadplanetlilər dünyaya qayıdacaq -FOTO/VİDEO

ŞOK İDDİA: Yadplanetlilər dünyaya qayıdacaq -FOTO/VİDEO
14:58 23 Dekabr 2016
703 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bir çox insan bu günə qədər yad planetlilərinin dünyaya gəldiyinə dair faktları görməməzliyə vurub. Amma tapılmış qədim sikkələr onların dünyaya gəldiyinin inkaredilməz sübutudur.

Misirin cənubunda üzərində fəzaları xatırladan varlıqlar olan antik sikkələr tapılıb. Tapılmış bir neçə pul və bir medalyonun üzərində qara gözlü, şişkin, son dərəcə böyük başlı bir məxluq təsvir olunub. Bu xüsusiyyətlər isə əsasən yadplanetlilərlə bağlıdır.

Bir çox UFO tədqiqatçısına görə isə, üzərində tabut şəklindəki bir obyekt təsvir edilmiş medalyon yadplanetlilərin varlıqlarının və uzaq keçmişdə dünyanı ziyarət etdiklərinin yekun sübutudur. Bir çox insan bu qədim medalyonda görünən şəklin əslində, Hezekielin Çarxının İncildəki hekayəsini əks etdirdiyini və hekayədə dörd "varlığın" hamısının sirli uçan təkərlərlə müşayiət edildiyinə inanır. UFO tədqiqatçıları Hezekielin təkərinin hekayəsinin UFO qarşılaşmaları ilə bağlı olduğuna daha çox inanır.

Medalyonlardan birinin arxa üzündə yer almış Latın dilinə "OPPORTUNUS ADEST", yəni "O zaman gəlib" mənasını verən cümlə də diqqəti çəkib.

Ufolog bu sikkələrin yaplanetlilərin dünyaya qayıdacağı mənasını verdiyini iddia edib.

UFO Sightings Deylinin redaktoru, UFO tədqiqatçısı Skot C.Waring bu sikkələrin yadplanetlilərin varlığını sübut etməyə yetərli dəlil olduğunu bildirib. “Bu jetonlar UFO varlığını sübut edən mütləq bir dəlilidir" deyib.

(moderator.az)





Xəbərin orijinal ünvanı: http://publika.az/news/paranormal/181037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR