Millidə korrupsiyaya görə qovulan məşqçi yeni təyinat aldı

Millidə korrupsiyaya görə qovulan məşqçi yeni təyinat aldı
02:14 24 Dekabr 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

Bu il korrupsiya əməllərinə görə İngiltərə millisindən kənarlaşdırılan Sem Ellardays özünə yeni iş yeri tapıb.

 

Apasport.az saytının məlumatına görə, 62 yaşlı mütəxəssis İngiltərə Premyer Liqa təmsilçisi “Kristal Pelas”la anlaşıb. Bu barədə xəbəri paytaxt klubu yayıb.

 

Müqavilənin detalları barədə heç bir məlumat verilməsə də, yerli mətbuatda Ellardaysın “qartallar”la 2,5 illik müqavilə bağladığı deyilir.

 

Xatırladaq ki, Ellerdays transfer hüquqları üçüncü şəxslərdə olan futbolçuların İngiltərəyə transferi üçün vasitəçilik edib və bu işdən 400 min funt sterlinq qazanıb. İddiaya görə, o, millinin baş məşqçisi olmaq haqqından sui-istifadə edərək, bəzi şəxslərə qeyri-qanuni olan transfer yolunu qanuni hala gətirməyin yollarını başa salır və buna görə rüşvət alırmış.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/263424

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR