Bu gün axşam saatlarında Xudat şəhərində maşın təmiri sexində bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qaynaq zamanı sexdə baş verən partlayış nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Xudat şəhər sakinləri 1987-ci il təvəllüdlü Şıxəmirov Cavad Tahirmirzə oğlu və 1986-ci il təvəllüdlü Məhərrəmov Rəvan Zahir oğlu ilkin tibbi yardımdan sonra paytaxtda yerləşən tibb müəssisələrindən birinə göndərilib.

Milli.Az