Çili və Boliviyanın sərhədində 5,7 bal gücündə zəlzələ olub.

Milli.Az xəbər verir ki, bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.

ABŞ Geologiya xidmətinin məlumatına görə, yeraltı təkanlar San-Pedro-de-Atakama şəhəri yaxınlığında qeydə alınıb, episentr yerin 142 km dərinliyində olub.

Zəlzələ nəticəsində fəsadların baş verib-verməməsi barədə məlumat verilməyib.

Milli.Az