Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva azərbaycanlı gənclərin “O səs Türkiyə” yarışmasından uzaqlaşdırılmasına münasibət bildirib.
Axşam.az-ın məlumatına görə, ifaçı özünün də müsabiqədə haqsızlıqlarla qarşılaşdığını vurğulayıb.
O bildirib ki, gənclərimiz kifayət qədər gözəl performans nümayiş etdiriblər:
“İndi isə gərçəkləri bir də məndən eşidin. Keçən il müsabiqəyə qatılanda ilk tur çox səs-küyə səbəb oldu. Mənim 4 videom bir həftə içərisində 1 milyon izləndi. Amma “Youtube”dən silindi. Həmin vaxt şübhələnmişdim. Çünki öz iştirakçılarının videoları mənimkindən də çox izləndiyi halda silinməmişdi. Sonra balaca otaqda ələndim, ikinci dəfə səhnəyə çıxmaq şansı vermədilər. İlk turdan keçməyimizin bir mənası qalmamışdı.
Orada məndən qat-qat güclü ifaçılar var idi. Bu yarışma mənim üçün sadəcə bir əyləncə olduğu üçün heç nə demədim".
A.Quliyeva müsabiqədən uzaqlaşdırılan Züıfü Əsədzadə, Müşfiq Əliyev, Gülşən İbadova və İlham Nəzərova haqsızlıq olunduğunu iddia edib:
“İndiki hərəkətləri heç bir vicdana sığmayan oldu. Mən Zülfü Əsədzadəylə birlikdə ikinci seçim turuna getdim. Dedilər ki, Zülfü, İlham, Gülşən və daha bir azərbaycanlı xanım iki türk ifaçı ilə bir qrupdadır. Biz bunun qurğu olduğunu anladıq. Mənə hərdən elə gəlir ki, gizli otaq seçim turu məhz azərbaycanlılar üçün yaradılıb. Çünki dünyada yayımlanan “The voice”də bu qanun yoxdur. Elnur Hüseynov qalib olandan sonra belə bir tur etməyə başladılar. Gökhan və Hakan dörd azərbaycanlını uzaqlaşdırdı. Məhz bu 3 azərbaycanlı o yarışmada səs salmışdı. Onlar bu iştirakçıların səhnədə necə möhtəşəm çıxış edəcəyini bilirdilər. Turlardan onları keçirmək məcburiyyətində qalmasınlar deyə belə etdilər. Məlum idi ki, SMS səsverməyə gəlib çatanda, azərbaycanlılar onları birinci edəcəklər. Səbəb budur.
Bizi artıq o yarışmada istəmirlər. Həmin otaqda oxuduqlarını da yayımlamayacaqlar, çünki o uşaqların ifasının möhtəşəmliyini kiminsə görməsini istəmirlər. Əziz xalqımız, bizim uşaqlar son dərəcə möhtəşəm ifa göstərib və uzaqlaşdırlıblar. Güclü olaraq oranı tərk ediblər. Var olsun istedadlarımız”.

"Azərbaycanlıları "O səs Türkiyə"də istəmirlər" - Aynişan
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Cennifer Lopez oğlunun geyimi ilə bağlı iradından danışdı
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polşa Belarusla sərhəddə bufer zonasının müddətini uzatdı
Bu gün
·
12:46
Hava kəskin dəyişəcək - Noyabrın 30-nun havası
Bu gün
·
12:37
Ölkə ərazisində faktiki hava şəraiti açıqlandı
Bu gün
·
11:22
“Qarabağ” və “Şamaxı” bu gün meydana çıxacaq
Bu gün
·
10:38
İlon Mask USAID-i insan ölümündə ttiham etdi
Bu gün
·
10:00
ABŞ-də “Qara cümə” günü ilə bağlı rekord
Bu gün
·
09:02
Los-Anceles yaxınlığında 5 maqnitudalı zəlzələ oldu
Bu gün
·
01:56
“Sabah” və “Turan Tovuz” qalib gəldi
Bu gün
·
00:42
Yenilənib
Paşinyan: Ermənistan müxalifəti Azərbaycanla sülhə mane olur
Dünən
·
23:18
Türkiyə 2050-ci ilədək 12 nüvə reaktoru inşa edəcək
Dünən
·
22:45
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Dünən
·
21:27
Z nəslinin kişiləri yaşlı nəsildən daha ənənəvi düşünür - Araşdırma
Dünən
·
20:23
Göyçayda şəhid Fərid Nadirovun ildönümü keçirildi
Dünən
·
20:03
Cennifer Lopez oğlunun geyimi ilə bağlı iradından danışdı
Dünən
·
19:14
"PSJ"nin daha bir futbolçusu sıradan çıxdı
Dünən
·
18:26