İnaqurasiya mərasiminə qarşı nümayişlər başlayır

İnaqurasiya mərasiminə qarşı nümayişlər başlayır
11:48 13 Yanvar 2017
55 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inaqurasiya mərasiminin keçirilməsinə yol verməmək üçün paytaxt Vaşinqtonda nümayişlər keçiriləcək.

Publika.az xəbər verir ki, bu haqda nümayişlərin təşkilatçılarına istinadən “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, “DisruptJ20” etiraz qrupu nümayişlərin təşkili ilə məşğuldur. Etiraz qrupu inaqurasiya günündə mühafizəni təşkil edəcək 12 nəzarət buraxılış məntəqəsini mühasirəyə almağı, şəhərin əsas prospektlərindən birində paradı keçirməyi və axşam təntənəli tədbirlər zamanı nümayişləri təşkil etməyi planlaşdırır. Nümayişçilərin hərəkətlərini təxminən 300 könüllü əlaqələndirəcək.

“Biz inaqurasiyanı dayandırmaq istəyirik. Biz görmək istəyirik ki, bu şəhərdə və bütün ölkə üzrə üsyan necə qaynayır”, - deyə təşkilatçılardan biri deyib.

Qeyd edək ki, inaqurasiya mərasimi yanvarın 20-də keçiriləcək.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/183565.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR