Yaponiyada onlarla aviareys ləğv olunub

Yaponiyada onlarla aviareys ləğv olunub
08:42 14 Yanvar 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyanın şimal və mərkəzi regionlarında qeyri-sabit hava şəraiti ilə əlaqədar 40-dan çox aviareys ləğv edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  güclü qar səbəbindən Niiqata şəhər aeroportu müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Yerli aviaşirkətlər pis hava şəraiti davam edəcəyi təqdirdə ləğv olunan reyslərin sayının artacağını istisna etmir.
 
Həmçinin Naqoya və Osaka arasında sürətli qatarların hərəkətlərində fasilələr yaranıb.
 
Meteoroloqlar Niiqata şəhərinə gün ərzində 1 metr, Honsü adasının bəzi ərazilərinə 60-80 sm, Hokkaydo adasına isə 50 sm qar yağacağını proqnozlaşdırıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/507556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR