Ekvadorda iki avtobusun toqquşması nəticəsində azı 19 nəfər ölüb, 17 nəfər isə xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki,insident ölkənin Quayas əyalətində baş verib.

Məlumata görə, qəzaya düşən avtobuslardan birində məktəblilər olub.

Yaralılar xəstəxanalara yerləşdiriliblər, qəzanın səbəbləri araşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində