Bu ay Opera və Balet teatrında nələr olacaq? - REPERTUAR

Bu ay Opera və Balet teatrında nələr olacaq? - REPERTUAR
17:09 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yanvar ayı üçün repertuarını açıqlayıb. Teatrdan Lent.az-a verilən məlumata görə, yanvarın 7-də A. Pyatsolla “Məhəbbət tanqosu”, yanvarın 10-da P. Çaykovskiy “Şelkunçik” baletləri,  yanvarın 11-də V. Adıgözəlov “Natəvan” operası olacaq. Yanvarın teatrda 14-də Muğam axşamı keçiriləcək.

 

Yanvarın 17-də isə 20 Yanvar faciəsinə həsr olunmuş F.Əlizadə “İntizar” adlı opera təqdim olunacaq.

 

Dahi bəstəkar Ü. Hacıbəyli “Leyli və Məcnun” operasına isə yanvarında 18-də tamaşaya qoyulacaq. Baş rolları gənc ifaçılar Arzu Əliyeva və Elnur Zeynalov ifa edəcək.

 

Yanvarın 24-də isə teatr son tamaşası C.Verdi “Trubadur” operasını təqdim edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR