Azərbaycanlı futbolçu "Spartak"da

Azərbaycanlı futbolçu "Spartak"da
14:52 16 Yanvar 2017
26 İdman
Ölkə mətbuatı
A- A+

Rusiya milli komandası və Moskvanın "Lokomotiv" klubunun futbolçusu Aleksandr Səmədov "Spartak"a keçib.

Milli.Az report-a istinadən xəbər verir ki, bununla bağlı iki klub arasında transfer müqaviləsi bağlanılıb. 

"Spartak"ın rəsmi saytı 32 yaşlı yarımmüdafiəçi ilə anlaşmanın müddətini və maliyyə tərəflərini açıqlamayıb. Müqavilə yanvarın 18-dən qüvvəyə minəcək. Təcrübəli futbolçu 12 ildən sonra doğma klubuna qayıtmasından böyük həyəcan və sevinc hissi keçirdiyini bildirib. 

Qeyd edək ki, Aleksandr Səmədovun atası azərbaycanlı, anası rusdur. O, "Spartak"da 2012-ci ilin noyabrında debüt edib və 59 oyuna 9 qol vurub. 2005 - 2016-cı illərdə o, iki dəfə "Lokomotiv"də, həmçinin "Moskva" və "Dinamo" klublarında forma geyinib. Səmədov bu mövsüm 15 oyuna 4 qol vurduğu "dəmiryolçular"ı baş məşqçi Yuri Syominlə münasibətləri pozulduğu üçün tərk edib. Futbolçu 2011-ci ildən Rusiya yığmasına çağırılmağa başlayıb. O, 35 oyuna 5 qol vurub, 2014-cü il dünya və 2016-cı il Avropa çempionatlarında çıxış edib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/508190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR