İstanbulda terror aktını törədən şəxs saxlanıldı

İstanbulda terror aktını törədən şəxs saxlanıldı
01:54 17 Yanvar 2017
124 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin İstanbul şəhərində yanvarın 1-ə keçən gecə terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, Əbu Muhammed Xorasani kod adlı terrorçunun əməliyyat-axtarış tədbirləri nəticəsində Esenyurt rayonunda yaxalandığı bildirilir. Onunla birgə daha 3 nəfər tutulub.

 

Məlumata görə, səhər saatlarında  terrorçunun yaxalanması ilə əlaqədar rəsmi açıqlama veriləcək.

 

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxsin İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna etdiyi hücum nəticəsində 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/265343

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR