Vergilər Nazirliyi müğənninin 8,5 min manat faiz borcunu bağışlayıb
Paylaş
89 baxış·1 dəq oxu
Bakı. 17 yanvar. REPORT.AZ/ Vergilər Nazirliyi müğənni Abbas Bağırovun vergi üzrə faiz borcunu silib. “Report”un əldə etdiyi məlumata görə, silinən ümumi məbləğ 8 473,5 manatdır. Qeyd edək ki, bir müddət əvvəl müğənni Nazirliyi ona qanunsuz olaraq 30 min manat cərimə yazmaqda ittiham etmişdir. Xatırladaq ki, vergi borcuna görə faizlər 2017-ci il yanvarın 1-dən silinib.