Müğənni Könül Kərimova əməkdar artist Elza Seyidcahanla Xatun Əliyevanı barışdırmaq istəyir.
Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda “10-dan sonra” verilişində deyib.
O bildirib ki, bu istəyinə hər iki tərəfin razılaşacağına əmindir:
“Elza ilə Xatunun barışmasını istəyirəm. Buna görə də əlimdən gələni edərdim. Küsülülük elə şeydir ki, hər kəs özünü haqlı bilir. Arada söz aparıb gətirənlər olur. Mən də Xatunla küsəndə belə söz-söhbətlər olurdu, özümdən çıxmışam. Ona bir dəfə zəng də vurdum".
K.Kərimova həmkarı ilə barışıb-barışmaması haqda suala belə cavab verib:
"Sınan şüşə birdən yapışmır ki... Hiss edirəm ki, yenə yanlış söz çatdırırlar. Biz axı barışdıq, indi nə olub?".
K.Kərimova gənc ifaçıları da tənqid edib:
“Məndə ruh düşkünlüyü yarandı. Çünki şou-biznesdə ağla qara qarışıb. Yaxşı-pis seçilmir. Onlara demək istəyirəm ki, bu hərəkətlərlə irəli getmək olmayacaq. Çəkiliş vaxtı gəlirlər ki, mən tələsirəm, tez olun. Heç üzr istəmək də yoxdur. Hər şeyi açıqlasam onlara nifrət edərlər”.