İraqın ikinci böyük şəhəri olan Mosulun İŞİD terror təşkilatından azad edilməsi əməliyyatı bir ay ərzində başa çatacaq.
APA-nın "Anadolu"
agentliyinə istinadən verdiyi məlumata görə, bunu Beyrutda Livan
prezidenti Mişel Aun ilə görüşdən sonra İraq xarici işlər naziri
İbrahim əl-Cəfəri bildirib.
İraq xarici işlər naziri İraqın İŞİD terrorçularından tam azad
ediləcəyi günün yaxınlaşdığını vurğulayıb.
Qeyd edək ki, Mosulun İŞİD terrorçularından azad edilməsi
əməliyyatına keçən il oktyabrın 17-də başlanıb. İndiyə qədər
Mosulun şərq hissəsi terrorçulardan təmizlənib.