“Baku Fires” kollektivi “Caciques Venezuela” komandasına böyük hesabla qalib gəlib

“Baku Fires” kollektivi “Caciques Venezuela” komandasına böyük hesabla qalib gəlib
23:08 14 Mart 2015
54 Ölkə
Ölkə mətbuatı
A- A+


Quba, 14 mart, Elxan Yusifli, AZƏRTAC
Quba Olimpiya İdman Kompleksində Azərbaycanın “Baku Fires” kollektivi ilə Venesuelanın “Caciques Venezuela” komandası arasında keçirilən görüş komandamızın böyükhesablı qələbəsi ilə başa çatıb.
AZƏRTAC xəbər verir ki, Dünya Boks Seriyası (WSB) Liqasının 9-cu turu çərçivəsində keçirilən qarşılaşmanın ilk döyüşündə Cavid Dadaşov (49 kq, “Baku Fires”) Martinez Kordova (“Caciques Venezuela”) üz-üzə gəliblər. Venesuela klubu ilə qarşılaşmada debüt edən boksçumuz texniki nakautla qələbə qazanıb.
Növbəti döyüşlərdə Məhəmməd Qurbanov (56 kq) Villaviçenzio Rodrigesə, Heybətulla Hacəliyev (64 kq) Arkon Diasa, Jaba Xositaşvili (75 kq) Barrera Korbaja qalib gəlməyi bacarıb. Əbdülqədir Abdullayev (91 kq) ilə Villi Kyakone arasındakı döyüşdə isə təmsilçimizin nakautla qələbəsi qeydə alınıb. Beləliklə “Baku Fires” kollektivi ilə Venesuelanın “Caciques Venezuela” komandası arasında keçirilən görüş komandamızın 5-0 hesabı ilə qələbəsi ilə başa çatıb.











Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baku_Fires_kollektivi_Caciques_Venezuela_komandasina_boyuk_hesabla_qalib_gelib-839453

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR