Nazarbayev namizəd kimi qeydiyyatdan keçdi

Nazarbayev namizəd kimi qeydiyyatdan keçdi
17:24 15 Mart 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+

 

 

Qazaxıstanda aprelin 26-na təyin olunmuş növbədənkənar prezident seçkilərində hazırkı dövlət başçısı Nursultan Nazarbayevin “Nur Otan” Partiyasından namizədliyi rəsmi şəkildə qeydə alınıb.

Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, Nursultan Nazarbayevin namizədliyini dəstəkləmək üçün ölkənin 16 regionundan 560523 seçici imzası toplanılıb. N.Nazarbayev dövlət başçısı postuna 20-dən artıq iddiaçı arasında hələ ki, Mərkəzi Seçki Komissiyası tərəfindən rəsmi qeydiyyatdan keçmiş ilk namizəddir.
 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/196403

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR