Uzun ayaqlar kraliçası (FOTO)

Uzun ayaqlar kraliçası (FOTO)
20:11 6 Yanvar 2015
448 Digər
Ölkə mətbuatı
A- A+

Bir çox insanların adları öz qeyri-adi xüsusiyyətlərinə və ya bacarıqlarına görə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Belə ki, onların bəziləri öz istəkləri və zəhmətləri ilə, bəziləri isə istəklərindən asılı olmayan səbəblərdən rekord sahibi olublar.

Belə qeyri-adi xüsusiyyət və bacarıq sahibi olan insanlar cəmiyyətdə də başqalarından fərqlənir, başqalarının diqqətini özünə çəkməyə nail olurlar.

Adı "Ginnesin Rekordlar Kitabı"na düşən insanların rekordları isə çətin olmaqla bərabər qəribəlikləri ilə də diqqət çəkir.

ANS PRESS oxuculara həmin rekord sahiblərinin şəkillərini təqdim edir.

Argentinalı cütlük - 42 yaşlı Qabriela və 43 yaşlı Viktor Peralta bədənində ən çox döymə, pirsinq olan cütlükdür. Onların ikisinin bir yerdə bədənində cəmi 77 döymə var. Qabriela Peraltanın bədəninin 65, Viktor Peraltanın isə bədəninin 90 faizi döymə ilə örtülüb.





Türkiyəli İlkər Yılmaz 2004-cü ildə İstanbulda gözündən 279,5 sm uzaqlığa süd sıçradaraq rekorda sahib olub.



2006-cı ilin avqustunda Din Şeldon 17,78 santimetrlik əqrəbi 18 saniyə ağzında tutaraq rekord qırıb



Kanadalı gənc adam 1,5 saat ərzində bədəninə 1000 iynə batıraraq "kaktus adam" adını alıb.



Braziliyalı Elina Davidson isə "Ginnesin Rekordlar Kitabı"na düşmək üçün bədəninə 1903 pirsinq qoydurub. O, bununla kifayətlənməyib dilində insanın sərçə barmağı keçəcək qədər deşik də açdırıb.



Türkiyəli Sultan Kösen isə 2 metr 47 santimetr boyu ilə dünyanın ən hündür adamı adını alıb.



1,72 metr boyu olan Keti Canq 38,1 sm-lik beli ilə dünyanın ən incə belinə sahibdir.



Amerikalı Le Redmon 1979-cu ildən bu yana dırnaqlarını kəsmir. İndi onun dırnaqları 8,85 metr uzunluğundadır.



Erden Eruç isə "əzələ gücü ilə dünya səyahəti" şüarı ilə 312 gün dənizdə qalaraq "tək başına dənizdə ən uzun müddət qalan kürəkçi" adını qazanıb.



Svetlana Pankratovanın ayaqları 132 sm uzunluğu ilə dünyanın ən uzun ayaqlarıdır. Bu ayaqlar avtomobil və təyyarələrdə onun üçün problem yaratsa da, "uzun ayaqlar kraliçası" adını qazandırıb.



Dünyanın ən bahalı şirniyyatının qiyməti 25 min dollardır. İçində qızıl hissəcikləri də olan şirniyyatın dadı dəyəri qədər yüksək qiymətləndirilməyib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=318018

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR