Ukrayna prezidenti Rusiya üzərinə yeni sanksiyaların qoyulmasına çağırıb

Ukrayna prezidenti Rusiya üzərinə yeni sanksiyaların qoyulmasına çağırıb
00:57 16 Mart 2015
43 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 mart. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin şərqindəki separatçıları atəşkəsi pozmaqda ittiham edib və Rusiya üzərinə yeni sanksiyaların qoyulmasına çağırıb.
"Report"un Azadlıq radiosuna istinadən xəbər verir ki, atəşəkəs qüvvəyə minəndən bəri hər iki tərəfdən hücumlar azalıb, lakin tərəflər bir-birini atəşkəsi pozmaqda ittham edirlər.
Almaniyanın “Bild” qəzetinə müsahibə verən Poroşenko deyib ki, Ukrayna tərəfi Minsk razılaşmasının bütün maddələrini yerinə yetirib, lakin rusiyayönlü separatçılar bunun tam əksini etməklə məşğuldurlar. O deyib ki, separatçılar tərəfindən atəşkəs gündə 60 dəfə pozulur.
Ukrayna prezidenti gələn həftə Brüsseldə keçiriləcək Avropa İttifaqı liderlərinin sammitini Rusiya üzərinə yeni sanksiyaların qoyulmasına çağırıb.
Avropa liderləri bu sammitdə Rusiyanın enerji, müdafiə və maliyyəsektorları üzərinə ötən iyulda qoyulmuş sanksiyaları nəzərdən keçirəcəklər.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/ukrayna-prezidenti-rusiya-uzerine-yeni-sanksiyalarin-qoyulmasina-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR