Bakıda boğazı kəsilən şəxs yıxıldığını iddia edir

Bakıda boğazı kəsilən şəxs yıxıldığını iddia edir
06:56 16 Mart 2015
37 Sosial
Ölkə mətbuatı
A- A+

Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, hadisə Oqtay Şaban küçəsi 17 ünvanında baş verib.

Həmin ünvanda yaşayan Aqşin Səlimov boğaz nahiyəsinin kəsilmiş deşilmiş yara diqanozu ilə 3 saylı şəhər xəstəxanaısan çatdırılıb.

Zərərçəkmiş ilkin ifadəsində bıçaqlanmadığını, yıxılaraq xəsarət aldığını iddia edib.

Yaralının deməsinə görə, yaşadığı ünvanda ayağı büdəryib və yıxılıb.

Elə bu zaman da naməlum metal parça onun boğazına batıb.

Faktı araşdıran Suraxanı rayon hüquq mühafizə orqanlarının əməkdaşları bütün qaranlıq məqamlara aydınıq gətirəcək.

Mənbə
ANS PRESS Ruslan Eldaroğlu



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=332036

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR