2 fevral saat 19:00 Azərbaycan Dovlət Filarmoniyasının Kamera və Orqan musiqi zalında Azərbaycan Televiziyası və Radiosu Əfsər Cavanşirov adına "Bənövşə" uşaq xorunun konserti keçiriləcək.
"Bənövşə" uşaq xoru Azərbaycan Dövlət radio və televiziya verilişləri komitəsinin nəzdində bəstəkar Əfsər Cavnşirovun rəhbərliyi altında 1958-ci il sentyabr ayının 15-də yaranmışdır.
"Bənövşə" uşaq xoru professional uşaq xoru kimi fəaliyyət göstərərək bütün mövzu və janrlarda bəstəkarlarımızın yazdıqları mürəkkəb xor əsərlərini ifa edir. Bununla bərabər uşaqlara bu kollektivdə düzgün oxuma qaydaları və professional vokal dərsləri də keçirilir. "Bənövşə" uşaq xoru uşaqlarda musiqi tərbiyəsinin və musiqi zövqünün formalaşdırmaqla yanaşı onların cəmiyyətdə hərtərəfli, layiqli bir şəxsiyyət kimi yetişdirir.
"Bənövşə" uşaq xorunun ilk qaranquşları hazırda tanınmış müğənnilərimiz Zeynəb Xanlarova, Xuraman Qasımova, Nisə Qasımova, Firuzə İbadova, Akif İslamzadə, Süleyman Zeynalov, Mələkxanım Əyyubova, Flora Kərimova, Könül Kərimova, Qismət Məmmədov, Ehtiram Hüseynov, Afaq Məmmədova, Rəhim Rəhimli, Nurlan Əzizbəyli, Azərin,Sevda Məmmədova, Xuraman Şuşalı, artistlərdən Amalya Pənahova, Hicran Mehbalıyeva, Almaz Əhmədova, müəllimlərdən Sevda Məmmədova, "Kukla"mahnısının birinci ifaçısı bəstəkar Zabitə Məmmədova, Rəşad Mirzəyev, Aysel İbrahimova, Kəbir Kərimov, Lalə Tağıyeva, Ülviyyə hüseynova, Dünya Ələsgərova və bir çox başqaları da keçmiş "bənövşələrdir".Yüzlərlə "Bənövşə" uşaq xorunun yetirmələri hal-hazırda Azərbaycanın bütün teatr səhnələrində çalışırlar.
Bu sənətkarların inkişafında məhz "Bənövşə" uşaq xorunun, xorun ilk yaradıcısı
Biletləri şəhərin kassalarında və ASAN xidmət mərkəzlərində əldə edə bilərsiniz.
Biletlərin qiyməti - 4-10 AZN
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

