Bakı. Mahir Məmmədli –APA. Bu gün axşam saatlarında Bakının mərkəzində qətl hadisəsi baş verib.
APA-nın məlumatına görə, cinayət “Sahil bağı”nın yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, iki gənc arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Gənclərdən biri bıçaqla digərinin boğazını kəsib. Hazırda hüquq-mühafizə əməkdaşları hadisə yerində müayinə aparırlar. Qətlə yetirilənin və cinayəti törədənin adları hələlik açıqlanmır.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.