Gənclər və İdman Nazirliyinin kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Gənclər və İdman Nazirliyinin kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
12:52 2 Fevral 2017
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı 2 fevral. REPORT.AZ/ Azərbaycan gənclər və idman naziri Azad Rəhimov, nazirliyin əməkdaşları, gənclər təşkilatlarının nümayəndələri 2 fevral - Gənclər Günü münasibətilə bu gün Fəxri xiyabanı ziyarət edib. 
"Report"un xəbərinə görə, nazirliyin kollektivi və gənclər təşkilatlarının nümayəndələri ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərək məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn nazirliyin kollektivi və gənclər təşkilatlarının nümayəndələri ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu il Azərbaycanda Gənclər Gününün təsis edilməsinin 20 illik yubileyidir: "Bu müddət ərzində xeyli işlər həyata keçirilib. Ötən il 150-dən artıq tədbir keçirilib. Onların 30-u beynəlxalq miqyaslı olub. Biz demək olar ki, dünyada yeni gənclər siyasəti modeli tətbiq etmişik. Gələcəkdə də görəcəyimiz işlər çoxdur. Ətrafımızda daim daha çox gənclərin birləşməsinə çalışırıq. Gənclər sahəsi ilə bağlı 300-dən çox qeyri-hökumət təşkilatı fəaliyyət göstərir və gənclərlə bağlı xeyli layihə dəstəklənir".  





Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/gencler-ve-i-dman-nazirliyinin-kollektivi-fexri-xiyabani-ve-sehidler-xiyabanini-ziyaret-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR