Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində 21 fevral saat 19:00-da görkəmli bəstəkar Hacı Xanməmmədova həsr olunmuş musiqi gecəsi keçiriləcək.
Milli.Az xəbər verir ki, konsert proqramında Azərbaycan Respublikasının görkəmli sənətkarları - xalq artistləri Ramiz Quliyev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Aygün Bayramova, Şəfiqə Eyvazova, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Gülyaz Məmmədov Heydər Anatollu və əməkdar artistlər Nuriyyə Hüseynova, Lalə Məmmədova, Zakir Əliyev, Teyyub Aslanov, Almaz Orucova, Ehtiram Hüseynov, Bəyimxanım Vəliyeva iştirak edəcəklər. Konsert Azərbaycan Respublikasının əməkdar artisti dirijor Faiq Sadıqovun rəhbərliyi altında Səid Rüstəmov adına Azərbaycan Televiziya və Radio Xalq Çalğı Alətləri orkestri tərəfindən müşayiət olunacaq. Konsert Azərbaycan Televiziyasının, Mədəniyyət kanalının və Azərbaycan Dövlət Flarmoniyasının birgə layihəsidir.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

