“Ötən illərin nəğmələri” olacaq

“Ötən illərin nəğmələri” olacaq
17:26 2 Fevral 2017
60 Şou
Ölkə mətbuatı
A- A+

Fevralın 28–də Heydər Əliyev Sarayında “Ötən illərin nəğmələri” adlı konsert proqramı keçiriləcək.

Axşam.az xəbər verir ki, gecədə Emin Sabitoğlu, Tofiq Quliyev, Elza İbrahimova, Rauf Hacıyev, Oqtay Kazımi, Ramiz Mirişli və digər bəstəkarların əsərləri səsləndiriləcək. 

Konsertdə xalq artistləri Mübariz Tağıyev, Brilliant Dadaşova, Samir Cəfərov, əməkdar artistlər Abbas Bağırov, Almaz Orucova, Teymur Əmrah, İlqar Muradov, Eyyub Yaqubov, Bəyimxanım Vəliyeva, müğənnilər Ehtiram Hüseynov, Samir Piriyev, Zamiq Hüseynov, Elton Hüseynəliyev, Fuad Musayev, İlqar Xəyal, Sevda Yəhyayeva, Emiliya Yaqubova, Məryəm Şabanova və “Sevil” vokal qrupu çıxış edəcək.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=65848

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR