Nizami Kino Mərkəzində "Zənglər" filmi

Nizami Kino Mərkəzində "Zənglər" filmi
18:05 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Nizami Kino Mərkəzində ABŞ istehsalı olan "Zənglər" və milli "Ağanatiq" filmlərinin nümayişinə başlanıb.

"Zənglər " filmini Ceykob Aaron Estesin ssenarisi əsasında rejissor F. Havyer Qutyerres dəhşət və dram janrında çəkib. Sloqanı: "Pislik yenidən doğuldu" Yaş məhdudiyyəti:18+

Qənc adam sirli videokasetlə bağlı hadisələrin tədqiqatını aparır. Bu kasetə baxan hər bir şəxs yeddi gündən sonra həlak olur. Sevdiyi qız oğlanın təhlükədə olduğunu başa düşür və onu xilas etmək üçün özünü təhlükəyə atır. Qızı qorxulu anlar gözləyir, amma ən dəhşətlisi heç kimin görmədiyi filmin içində film olacaq...

Filmdəki rollara Vinsent D Onofriyo, Laura Uiqqins, Eymi Tiqarden, Conni Qaleki, Lizzi Broşere, Bonni Morqan, Zak Reriq, Aleks Rou, Matilda Anna İnqrid Luts, Brendon Larrakuente və başqa aktyorlar çəkilib.

"Ağanatiq" milli komediyanın rejissoru məhşur "Parni iz Baku" KVN komandasının üzvü Cabir İmanovdur. Filmin yaş həddi: 14+

Film taksi sürücüsü Ağanatiqin və dostlarının başına gələn təhlükəli və eyni zamanda gülməli hadisələrdən bəhs edir.

Filmdə aktyorlar Cabir İmanov, Azər Məmmədzadə, Tahir İmanov, Emil Abbasov, Bəhram Bağırzadə, Ələkbər Əliyev, Şahin Nəsirov, Ziba Şücai, əməkdar artist Tünzalə Ağayeva və bəstəkar Elçin İmanov çəkilib.

Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən də öyrənmək mümkündür.(https://www.facebook.com/NizamiCinema?rf=hl) 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/513728.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR