Tramp: “İran dağılmaq üzrə idi”

Tramp: “İran dağılmaq üzrə idi”
19:23 2 Fevral 2017
173 Dünya
Ölkə mətbuatı
A- A+

“ABŞ son nəfəsdə olan İranı nüvə sazişinin köməyi ilə xilas etdi”.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu “Tvitter”dəki mikrobloqunda ABŞ prezidenti Donald Tramp yazıb.

“İran son nəfəsdə idi və dağılmağa hazır idi. ABŞ gəldi və nüvə sazişi şəklində ona xilasedici burazı verdi: 150 milyard dollar. İran ballistik raketin sınağı ilə əlaqədar rəsmən xəbərdar edilmişdi. İran ABŞ-ın onunla bağladığı dəhşətli sazişə görə minnətdar olmalı idi”, - deyə Tramp qeyd edib.

ABŞ prezidenti Donald Tramp daha əvvəl Avropa nəşrlərinə müsahibəsində “5+1” qrupunun (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya - red.) İranla bağladığı nüvə sazişini dünya tarixinin “ən pis razılaşmalarından biri” adlandırıb.

Prezident seçkiləri kampaniyasında isə sazişə görə Barak Obama administrasiyasını tənqid edən respublikaçı milyarder sazişi təkrar gözdən keçirəcəyini bildirib. Amma Tehran bu məsələdə optimistdir. İran prezidenti Həsən Ruhani bildirib ki, Tramp sazişi birtərəfli qaydada ləğv edə bilməyəcək.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/186210.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR