“Azəriqaz” işi ASANlaşdırır

“Azəriqaz” işi ASANlaşdırır
20:47 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"Azəriqaz" İstehsalat Birliyi "ASAN" xidmət vasitəsi ilə 11 233 istehlakçıya xidmət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Azəriqaz" İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qurum tərəfindən yanvar ayı ərzində Azərbaycan ərazisində fəaliyyət göstərən ASAN xidmət mərkəzlərində və 1-saylı ASAN kommunal vasitəsilə istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

Yanvar ayı ərzində Bakı şəhəri üzrə 1, 2, 3, 4, 5 saylı ASAN xidmət mərkəzlərinə və 1-saylı ASAN kommunal, həmçinin, Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən ASAN xidmət mərkəzlərinə ümumilikdə 11 233 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/513784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR