ABŞ OPEC-ə meydan oxuyur

ABŞ OPEC-ə meydan oxuyur
20:57 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-ın neft ixracı OPEC üzvü olan bəzi ölkələrin gündəlik neft hasilatını üstələyə bilər.

Milli.Az "Report"a istinadən bildirir ki, ABŞ Prezidenti Donald Tramp ölkənin neft sektorunda mövcud olan məhdudiyyətləri aradan qaldırsa ixracın həcmi daha da arta bilər.
Agentlik tərəfindən analitiklər arasında aparılan sorğuya görə, ABŞ-ın 2017-ci ildə gündəlik neft hasilatı 800 min bareli ötə bilər. Bu isə Liviya, Qətər, Ekvador və Qabonun dekabr ayında gündəlik məcmu neft hasilatından çoxdur.
Ümumiyyətlə, 2016-cı ilin ilk 11 ayında ABŞ-ın orta günlük neft ixracı 527 min barel təşkil edib. Bir çox ekspertin fikrincə, ABŞ-ın neft hasilatı heç kimin gözləmədiyi yüksək səviyyələrə çata bilər.
Qeyd edək ki, ABŞ prezidenti şist neft-qaz hasilatında kəskin artımın baş tutacağını, nəticədə bu sektorda yeni iş yerlərinin və investisiyaların artacağını gözlədiyini bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/513787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR