Nazir ön xətdə yerləşən bölmələrin hazırlığını yoxlandı - FOTO

Nazir ön xətdə yerləşən bölmələrin hazırlığını yoxlandı - FOTO
11:49 3 Fevral 2017
38 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov müdafiənin ön xəttində yerləşən bölmələrdə olub və üzbəüz düşmən mövqelərini müşahidə edib.

 

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, ərazidəki əməliyyat şəraiti, bölmələrin hazırlıq vəziyyəti, qarşı tərəf barədə məruzə edildikdən sonra şəxsi heyətlə görüşən nazir hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanıb.


Müdafiə naziri çay süfrəsi arxasında əsgərlərlə səmimi söhbət edərək onların qayğıları ilə də maraqlanıb. Sonda nazir ön xətdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya təşəkkür elan edib və Ali Baş Komandanın adından mükafatlandırıb.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266707

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR