ABŞ-da Donald Trampı dəstəkləyən tələbə döyülüb

ABŞ-da Donald Trampı dəstəkləyən tələbə döyülüb
11:52 3 Fevral 2017
24 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ ABŞ-ın Kaliforniya Universitetində ölkə prezidenti Donald Trampın tərəfdarı olan tələbənin döyülməsində iştirak etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
“Report” BBC-yə istinadən xəbər verir ki, avtomobildən düşən bir qrup gənc başında D.Trampın “Amerikanın böyüklüyünü qaytaracağıq!” şüarı yazılmış kepka olan 21 yaşlı Ceka Palkoviç adlı gəncə hücum ediblər.
Tələbə onların əlindən qurtularaq, qaçıb. Hücum edənlər maşına minərək, hadisə yerindən uzaqlaşmağa cəhd göstərsələr də polis onları tutub. Həmin universitetin tələbələrinin çoxu Trampı dəstəkləməsələr də Palkoviçiə hücumu qınayıblar.
Məlumatda bildirilib ki, Palkoviç universitetdəki Respublikaçılar Partiyası tərəfdarlaı klubunun üzvüdür. Döyülən tələbə “Breitbart News” adlı portalın redaktotu Milo Yannopulosun irqçi və şovinist çıxışlarını təşkil edənlərdən və dəstəkləyənlərdən olub. Həmin çıxış isə o vaxt universitetdə qalmaqal yaratmış, tələblərin keçirdiyi etiraz aksiyasının polis tərəfindən dağıdılmasına səbəb olmuşdu. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/abs-da-donald-trampi-destekleyen-telebe-doyulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR