Abramyanın qohumları da Sarkisyana qarşı çıxdılar

Abramyanın qohumları da Sarkisyana qarşı çıxdılar
13:17 3 Fevral 2017
43 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın hakim Respublikaçılar Partiyasından istefası ilə bağlı verdiyi ərizə qəbul edilib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, hakim Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib. Onun sözlərinə görə, bu barədə qərar partiyanın icra orqanının iclasında qəbul edilib. 

Bundan başqa, keçmiş baş naziri Ovik Abramyanın qohumları da hakim partiyanın sıralarından çıxmağa başlayıb. Belə ki, Ararat vilayətinin 13 sakini Respublikaçılar Partiyasından istefa verməklə bağlı ərizə yazıb. Ərizə yazanların arasında Ovik Abramyanın qardaşı Henrix Abramyan və Ararat vilayətinin sabiq qubernatoru Rubik Abramyanın olduğu bildirilir.

Eyni zamanda hakim partiyadan çıxmaqla bağlı eks-baş nazirin qadın qohumu, millət vəkili Karina Poqosyan da ərizə yazıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/513972.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR