ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməsi ehtimalları neft qiymətlərini artırır

ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməsi ehtimalları neft qiymətlərini artırır
16:52 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Dünya neft bazarında qiymətlər ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq edə biləcəyi təhlükəsi fonunda artmağa başlayıb. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu gün, fevralın 3-də ABŞ-ın Prezident Administrasiyasının İrana qarşı hazırlanmış yeni sanksiyaları qüvvəyə minə bilər. 
İngiltərənin "CMC Markets" investisiya şirkətinin analitiki Rik Spunerin (Ric Spooner) verdiyi açıqlamaya əsasən, treyderlərin ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyinə dair ehtimalları artıb və bu, neftin qiymətinə ciddi təsir edib. Sanksiyaların əsasən terrorizmi dəstəkləyən və kütləvi silahların yayılmasında iştirak edən 25 şirkətə şamil olunması gözlənilsə də, sanksiyaların sonradan genişlənə biləcəyi proqnozlaşdırılır.
"Report"un analitik qrupu bildirir ki, ABŞ-İran münasibətlərində yaranmağa başlayan problemlər neftin qiymətini artırıb. Nəticədə, "Brent" markalı neftin qiyməti 57 dollar/bareli ötüb. Analitik qrup neft qiymətlərinin 65-70 dollar/barelə qədər artacağını, 2017-ci il ərzində minimal həddinin isə 45 dollardan aşağı enməyəcəyini ehtimal edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/abs-in-i-rana-qarsi-yeni-sanksiyalar-tetbiq-etmesi-ehtimallari-neft-qiymetlerini-artirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR