Onun ayıdan bu qədər sərvət qazandığına inanmayacaqsınız? - MİLYONÇU

Onun ayıdan bu qədər sərvət qazandığına inanmayacaqsınız? - MİLYONÇU
19:03 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Onun sərvətinin həcmi 2,4 milyard dollardır. “Forbes”in 2016-cı il üzrə hesabatına görə, dünyanın ən varlı şəxslərinin siyahısında 722-ci yerdə qərarlaşıb. Bir zaman oyuncaq satırmış, sonradan özü oyuncaq istehsalçısına çevrilib. Söhbət “Ty İcn”in sahibi Tay Uornerdən gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində bu qəribə milyarderi təqdim edir.

Zərgərin oğlu

Tay Uorner 1944-cü ilin 3 sentyabrında Çikaqoda anadan olub. Onun atası Qarolıd Uoerner zərgər və oyuncaq satıcısı, anası Djordia Uorner isə pianoçu idi. Tayın 4 yaşı olanda – 1948-ci ildə Uoernerlər Çikaqonun qərbinə La Qrandja köçürlər. Ailə burada böyük villada yaşamağa başlayır. 13 yaşında Tay “Cossit” məktəbində oxuyur.14 yaşında Lyons Township High School-a qəbul olur. Burdan da St.John's Military Academy-yə üz tutur. Bir ildən sonra Tay buranı tərk edir və “Kalamazoo”da aktyorluq sənətini öyrənməyə başlayır.

Aktyor olmaq istəyir, lakin alınmır

Kollecdə təhsilini bitirdikdən sonra Uorner aktyor olmaq ümidi ilə Hollivuda gəlir. Lakin aktyor kimi karyerası alınmır. Tay hər gün bir iş dəyişir. O hətta yanacaqdoldurma məntəqəsində, mağazada satıcı, ticarət agenti işləyir. 1962-cı ildə isə San-Fransiskoda yerləşən “Dakin” uşaq oyuncağı şirkəti üçün satış meneceri vəzifəsini icra edir. Növbəti və uzunömürlü görünməyən bu iş Tay üçün çoxillik macəraya çevrilir. O, “Dakin”də 18 il işləyir. Maraqlısı odur ki, şirkəti təmsil edərkən fərqli xarici görünüşü ilə şöhrət qazanır. Belə ki, ağ rəngli Rolls-Royce Silver Shadow kabriolet alaraq görüşlərə ağ xəzdə, silindr papaq və əl ağacı ilə gedirdi. Bütün bunları diqqət çəkmək məqsədilə edirdi. Hesab edirdi ki, İndiane kimi görünsə, ətrafdakılar haqqında “o nəsə satır” deyə düşünüb yaxınlaşacaqlar. ”Dakin”nin direktoru usə Tay haqqında “o nə zamansa qarşılaşdığım ən yaxşı satıcı idi” deyə bəhs edir.

Atasından qalan mirasla şirkət qurur

1980-ci ildə Uoerner ”Dakin”i buraxır və dostları ilə birlikdə İtaliyaya səfərə gedir. Burada o ABŞ-da satışda olmayan oyuncaqlarla maraqlanır. Sektordan bəhrələnmiş şəkildə ABŞ-a qayıdır. 1983-cü ildə atası vəfat edir. Atasından miras qalan 50 min dolları, eləcə də “Dakin”də işlədiyi müddətdə kənara atdığı pulu və mənzilini girov qoyub aldığı krediti bir yerə toplayıb “Ty” adlı şirkət yaradır. İstehsal müəssisəsi yeni evi olur. Burada o, pişik oyuncaqlarının istehsalına başlayır. Və onları 20 dollardan satır. Nəzərə çatdıraq ki, Tay nə qədər ki, istehsalı evdə həyata keçirirdi, biznesini böyüdə bilmirdi.

Oyuncaq istehsalı

1986-cı ildə o, şirkəti rəsmi şəkildə qeydiyyatdan keçirir. 1991-ci ildə "İllik ayı balaları kolleksiyası"nı bazara çıxarır. Ayı balaları yaxşı satılır. Həmin il Tay İngiltərəyə, Kanadaya və Avropaya öz beynəlxalq ekspansiyasına başlayır. 1992-ci ilə pərakəndə satış üçün oyuncaqların kataloqunu yaradır. 1993-cü ildə “Beanie Babies” uşaq oyuncaqları xəttini ərsəyə gətirir. “Beanie Babies” mağazalarda 1994-cü ildən peyda olur. 1998-ci ildə artıq 250 milyon oyuncaq satışı reallaşdırılır. Qəlbə toxunan adları olan, müxtəlif rəngli, gözoxşayan, yumşaq, oyuncaqlar Taya başgicəlləndirici uğur qazandırır.

Milyonlar gətirən ayı balaları

Uğurlu satış “Ty İnc”ə milyonlarla dollar gəlir gətirir. Şirkət dünyada ən yaxşı oyuncaq istehsalı şirkəti kimi tanınır. Kifayət qədər gəlir əldə edən Uorner 257 milyon dollara Nyu-Yorkda “Four Seasons“ hotelini satın alır. 2000-ci ildə Santa-Barbarada “Four Seasons Biltmore” hotelini əldə edir. Onun satın aldığı əmlakların sırasına çox keçnmir qlof-klubu “Sandpiper Golf Course” da əlavə olunur.

Şirkətin dövriyyəsi

Hazırda Tayın biznesinin illik dövriyyəsi 700 milyon dollardr. Onu da bildirək ki, “Beanie Babies“in bəzi oyuncaqları auksiona da çıxarılır. Onların dəyəri min dollardan yuxarı olur. O ki qaldı, şirkətin dəyərinə - 6 milyard dollardır. “Ty İnc”in kapitalı 2.4 miyard dollar təşkil edir.

L.Əliyeva


Xəbərin orijinal ünvanı: http://publika.az/news/milyonchu/186345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR