Viber-də gizli mesajlar yaza bilərsiniz

Viber-də gizli mesajlar yaza bilərsiniz
08:52 4 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"Viber" messencerinin  tərtibatçıları həm "Android", həm də "iOS" mobil əməliyyat sistemi ilə işləyən cihazlar üçün yeniləmə çıxarıb. "Viber 6.6.0" versiyası məxfi mesaj, qısa video mesajlar və stikerlər üzrə axtarış funksiyaları ilə təchiz edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki,  indi "Viber" messencerində göndərilmiş mesajın ləğv olunma vaxtını təyin etmək mümkündür. Səsli mesaj düyməsini tutub saxlamaqla qısa video mesajlardan istifadə etmək olar. Sizin tərəfinizdən çəkilmiş video çatda göstəriləcək və müddəti 30 saniyədən çox ola bilməz.

Birbaşa çatda stikerlər kolleksiyasında axtarış imkanı istifadəyə verilib. Sürətli müraciət üçün @stickers yığmaq və ya "@" simvoluna sıxmaq lazımdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/514060.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR