Erməni silahlı bölmələri cəbhənin müxtəlif
istiqamətlərində 82 millimetrlik minaatanlardan və iriçaplı
pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini
ümumilikdə 24 dəfə pozub.
Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,
Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex və İcevan
rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonu
ərazisindəki adsız yüksəkliklərdə, Kəmərli və Qızılhacılı
kəndlərində, Berd rayonunun Ayqepar kəndində və adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli,
Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər
kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun
Şuraabad, Sarıcalı, Çıraqlı, Cəbrayıl rayonunun Mehdili kəndləri
yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki
adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin
mövqeləri atəşə tutulub.