Türkiyə təyyarəsində HƏYƏCANLI ANLAR - Təcili eniş etdi

Türkiyə təyyarəsində HƏYƏCANLI ANLAR -  Təcili eniş etdi
12:27 4 Fevral 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+

Bu səhər saat 7:05 radələrində Türk Hava Yollarına aid sərnişin təyyarəsi bir sərnişinin səhhətinin qəfil pisləşməsi səbəbiylə İranın cənub-şərqində yerləşən Zahidan hava limanına təcili eniş etməli olub.

Milli.Az xəbər verir ki, İran dövlət televiziyasının verdiyi məlumata görə, bu olay İstanbuldan Vyetnama uçan THY-yə aid Airbus A330-300 tipli sərnişin təyyarəsində qeydə alınıb.

Xəstə dərhal Zahidan Hatemül Ənbiya xəstəxanasına çatdılıb. Təyyarənin xəstənin səhhətiylə bağlı məlumatın dəqiqləşdirilməsi üçün hava limanında gözlədiyi bildirilir.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/514290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR