Sevgilisi Bakıda biabır olan Serenay Sarıkaya haqqında: “Dadını çıxaraq” - FOTOLAR

Sevgilisi Bakıda biabır olan Serenay Sarıkaya haqqında: “Dadını çıxaraq” - FOTOLAR
12:28 4 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"Bu Şəhər Ardından Gələcək" (Bu Şehir Arkandan Gelecek) serialının baş qəhrəmanı Kərəm Bürsin mətbuat nümayəndələri ilə görüşüb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, soyuq havada müsahibə verən aktyor müxbirlərə donmamaları üçün çay təklif edib. Gənc aktyor serialdakı rolu üçün 1,5 il boks təhsili aldığını deyib:

"Dəli kimi çalışmışam. Həm Amerikada, həm də İstanbulda boksa gedirdim. Norveçdən də müəllim gəldi. Hazırda isə serial çəkilişlərimiz gedir. İşlərim qaydasındadır”.

Yaraşıqlı model sevgilisi Serenay Sarıkaya haqqında danışıb. Lakin jurnalistlərin “Evlənməyi düşünürsünüz sualına sərt cavab verib:

“Serenay da çox zəhmətkeş qızdır, yeni serialı üçün 2 aydan çox rəqs dərsi aldı, amma birlikdə rəqs etməmişik. Bu evlilik nədir? İcazə verin gəncliyimizin dadını çıxaraq. Evlilik haqqında bu an düşünməyə ehtiyac yoxdur. Anı yaşayırıq, çox xoşbəxtik. Çox gözəl münasibətimiz var. Xeyirlisi deyək".

Aktyor tərəf müqabili ilə intim səhnələrini də şərh edib. O, Leyla Lydia Tuğutluyla öpüşmə səhnələrini Serenayın qısqanmadığını vurğulayıb: "Nəticədə ikimiz də aktyoruq. İkimizdə bu işi peşəkarcasına edirik. İş işdir".

Xatırladaq ki, Serenay Sarıkaya bir neçə ay əvvəl "İkimizin yerinə" adlı filminin Bakıda keçirilən qala gecəsində iştirak edib. Gözəl aktrisa mini ətəyindən dolayı çətin anlar yaşayıb. Serenayın alt paltarının görünməsi isə fotoqrafların diqqətindən yayımayıb.







Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/186415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR