Azərbaycanlı oliqarx 100 nəfər işçisini ÖDƏNİŞSİZ məzuniyyətə yolladı

Azərbaycanlı oliqarx 100 nəfər işçisini ÖDƏNİŞSİZ məzuniyyətə yolladı
13:12 4 Fevral 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyada yaşayan azərbaycanlı oliqarx, "İSR Holding" şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilova məxsus olan, Neftçalada yerləşən "Azəryod" ASC 250 nəfər işçisindən 100 nəfərini məcburi məzuniyyətə göndərib.

Milli.Az xəbər verir ki, zavod fəhlələrinin virtualaz.org-a verdikləri məlumata görə, onlardan fevral ayının 1-dən mart ayının 1-ə kimi "öz xahişləri ilə" ödənişsiz məzuniyyətə çıxmaları barədə ərizələri alınıb. Ərizəsi alınanlar arasında zavodun rəhbər heyətinə daxil olan şəxslər də var. Səbəbi isə belə izah edilib ki, elektrik enerjisinin qiyməti artdığından, zavod özünü dolandıra bilmir.

Fəhlələrin sözlərinə görə, indiki iqtisadi böhran dövründə işsiz qalmaları onların ailələrinin maddi durumunu daha da çətin vəziyyətə salacağından narahatdırlar.

Xatırladaq ki, 1 il əvvəl Neftçalaya gözlənilmədən qısa müddətli səfər edən milyarder İsgəndər Xəlilov zavod kollektivi ilə görüşərək, "Azəryod" ASC rəhbərliyinə göstəriş vermişdi ki, mövcud mürəkkəb vəziyyətə baxmayaraq müəssisənin 250 işçisindən bir nəfəri də işdən azad etməsin. Amma, deyəsən, böhran milyarderə vədinə əməl etməyə mane olub.

Qeyd edək ki, "Azəryod" ASC texniki və kristallaşmış yod istehsal edir. Hazırda sutkada 700-800 kq, ildə 300 tona yaxın yod buraxır, bu isə ölkənin yoda tələbatından 20 dəfə çoxdur. Zavodun baş direktoru İ.Xəlilovun qohumu Rəşad Xəlilovdur.

Son illər bu müəssisənin işə düşməsindən sonra Neftçalada yod istehsalı xeyli artıb. Azərbaycanda yod-bromlu su quyuları ancaq Neftçaladadır. Rayon ərazisində 162 belə quyu var, onlardan 100-ə yaxını istismar olunur. İstehsal gücünə görə Neftçala yod zavodu MDB-də birinci, dünyada üçüncüdür.

Hazırda dünya bazarında yodun bir tonu 28 min ABŞ dollarına satılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/514308.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR