Noutbuk və 90 manat pul oğurlayan şəxslər tutuldu

Noutbuk və 90 manat pul oğurlayan şəxslər tutuldu
16:19 4 Fevral 2017
52 Digər
Ölkə mətbuatı
A- A+

Fevralın 1-də Masallı rayonunun Mahmudavar kəndində yaşayan Nazim Məmmədovun evinə girib onu və arvadı Pərvanəni bıçaqla hədələyərək oradan 90 manat pul və noutbuk aparıblar. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Baş Dövlət Yol Polisi İdarəsi, Masallı RPŞ və Suraxanı RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri Əli Quliyev, əvvəllər məhkum olunmuşlar - Vüsal Şükürov və Ramil Əsədov paytaxtın Suraxanı rayonu ərazisində tutulub, daha 1 nəfər isə müəyyən edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266796

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR