Con Lennonla bağlı film çəkiləcək

Con Lennonla bağlı film çəkiləcək
16:26 4 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"The Beatles" qrupunun yaradıcısı və solisti, mərhum müğənni Con Lennonla həyat yoldaşı Yoko Ononun sevgi macərası mövzusunda film çəkiləcək.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Bozun əlli çaları", "Sosial şəbəkə" və "Kapitan Filips" kimi məşhur filmlərin müəllifi olan Maykl De Luka müğənninin həyat yoldaşı ilə birgə çalışaraq filmi ərsəyə gətirəcək.

O, açıqlaması zamanı belə deyib:

"Hekayəni çəkməkdə məqsədimiz bugünkü gəncliyə ilham vermək və onları ayağa qaldırmaqdır. Burada sevgi və cəsarət motivləri öz əksini tapacaq".

Filmin nə zaman çəkiləcəyi isə hələlik məlum deyil.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=65983

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR