"Neftçi"nin 45 minini necə yedilər? - TRANSFER FIRILDAĞI

"Neftçi"nin 45 minini necə yedilər?  - TRANSFER FIRILDAĞI
17:27 4 Fevral 2017
56 İdman
Ölkə mətbuatı
A- A+

Yanvarda SOCAR-dan alınan əlavə maliyyə hesabına heyətinə çox sayda futbolçu qatan “Neftçi”nin transfer siyasəti haqda yeni informasiyalar üzə çıxıb. Fanat.Az-ın əldə etdiyi məlumata görə, “ağ-qaralar” Zdenek Folprext və Pavel Dreskanı Lübomir Kubitsanın vasitəçiliyi ilə “Neftçi”yə gətirib.


 Folprextin “Slovan”dan icarəyə götürülməsi, Dreskanın “Karvina”dan ayrılaraq Azərbaycan təmsilçisinə gəlməsi üçün sabiq müdafiəçiyə 22 min avro verilib. Təxminən 45 min manatdan artıq məbləğ azərbaycanlı menecerin dəstəyiylə transfer büdcəsindən götürülüb.

Düzdü, menecerin oyunçu keçidinə görə pul qazanması normal haldı. Və vasitəçilər öz müştərilərindən ümumi məbləğin uzağı 10 faizini “tutur”. Ancaq bu transferlər zamanı pulun havaya sovrulması göz qabağındadı. Görünən budu ki, büdcənin azaldılmasından, maliyyə şəffaflığından dəm vuranlar saman altından su yeritməklə məşğuldu.

Sözügedən transferlərin baş katib Elxan Məmmədova bir köynək yaxın Riyad Rəfiyevin iştirakıyla həyata keçirildiyini güman etmək daha ağlabatandı. Əks tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

 

Yeri gəlmişkən, xatırlamayanlar üçün vurğulayaq ki, çex Kubitsa karyerasını sürdürdüyü dönəmdə Azərbaycan çempionatında da oynayıb. O, 2009/10 mövsümündə “İnter”də top qovub.

 


Fanat.Az 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquotnin-45-minini-nec-yedilr-t56055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR