Şəkidə ağır qəza: 1 ölü, 2 yaralı

Şəkidə ağır qəza: 1 ölü, 2 yaralı
20:49 4 Fevral 2017
92 Digər
Ölkə mətbuatı
A- A+

Şəkidə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 18 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayonu  Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində baş verib. Oğuz rayonu Bayan kənd sakini, 1974-cü il təvəllüdlü Şövkət Bəhərçin oğlu Qarayevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə Oğuz şəhər sakini 1969-cu il təvəllüdlü Bəhruz Ərzuman oğlu Rüstəmovun idarə etdiyi “Ford” markalı yük maşını toqquşub.

 

Qəzadan sonra “Mercedes” markalı avtomobilin sürücüsü Ş. Qarayev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Ş. Qarayevin həmkəndlisi olan sərnişini, 1988-ci il təvəllüdlü Cavad Əlövsət oğlu Cabbarov və yük maşının sürücüsü B. Rüstəmov aldıqları xəsarətlərlə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

 

MRX-dan APA-ya bildirilib ki, yaralıların xəsarətləri yüngül olduğundan onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

 

 

Faktla bağlı  Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266816

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR